Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Bakıda qatar avtomobillə toqquşdu: Xəsarət alan var

Bakıda qatar avtomobillə toqquşdu: Xəsarət alan var





Bakının Xəzər rayonunda ağır yol qəzası baş verib.

Millimeclis.info apa-ya istinadən xəbər verir ki, hadisə Qala qəsəbəsində şlaqbaumsuz dəmiryol keçidində olub.

1963-cü il təvəllüdlü Kərimov Aydın Kamil oğlu idarə etdiyi “VAZ 2107” markalı nəqliyyat vasitəsilə keçiddən keçərkən yük qatarına çırpılıb.

Zərbənin təsirindən avtomobil bir neçə metr kənara aşıb.

Qəza nəticəsində A.Kərimov bədənin müxtəlif sahələrindən ağır sınıq xəsarətləri alıb.

Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib.

Fakt araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ