Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Qazaxda avtomobil körpüdən aşıb, xəsarət alan var

Qazaxda avtomobil körpüdən aşıb, xəsarət alan var
Qazax rayonunda baş verən avtomobil qəzası nəticəsində 1 nəfər xəsarət alıb.

"millimeclis.info"in Qərb Mərkəzinin məlumatına görə, rayonun Fərəhli kənd ərazisində hərəkətdə olan "VAZ-21099" markalı avtomobil idarəetmədən çıxaraq körpüdən aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü Nəriman Məmmədov müxtəlif bədən xəsarətləri alıb. O, Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib. N.Məmmədovun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ