Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“millimeclis.info”in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.
Yol qəzası zamanı 1991-ci il təvəllüdlü Orucov Nicat Namiq oğlu müxtəlif bədən xəsarətləri alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona sağ topuğunun sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.