Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“millimeclis.info” xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində qeydə alınıb.
Belə ki, Xətai prospektində 1945-ci il təvəllüdlü Əkbərov Hətəm Nəcəf oğlunu motosiklet vurub.
Yaralı təcili yardımın köməkliyi ilə 1 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb.
Müayinə zamanı ona kəllə-beyin travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.