Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Bakıda iki avtomobil toqquşdu, xəsarət alanlar var

Bakıda iki avtomobil toqquşdu, xəsarət alanlar var
Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"millimeclis.info"ın məlumatına görə, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1987-ci il təvəllüdlü Müseyibli Kamran Rahib oğlu və 1988-ci il təvəllüdlü Sayadov Vasif Nadir oğlu xəsarət alıblar. Yaralılar təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar. K.Müseyibliyə döş qəfəsinin küt travması, V.Sayadova isə kəllə-beyin travması diaqnozu qoyulub. Hər iki şəxs reanimasiyaya yerləşdirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ