Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

İtaliya A Seriyası yenidən təxirə salınır

İtaliya A Seriyası yenidən təxirə salınırİtaliya A Seriyasının oyunlarının bərpa müddəti koronavirus pandemiyasına görə uzadılacaq.

Qol.az xəbər verir ki, bu barədə yerli mətbuata açıqlamasında ölkənin idman naziri Vinçentso Spadafora bildirib. Onun sözlərinə görə, çempionat təxirə salındığı vaxtda - mayın 3-də başlamayacaq.

Nazir liqaların bərpa müddətini uzatmaq üçün İtaliya hökumətinə müraciət ediləcəyini bildirib: "A Seriyasını mayın 3-də başlatmaq real plan deyil. İdman sadəcə, futbol deyil, futbol da A Seriyasından ibarət deyil. Bütün idman tədbirlərinin növbəti dəfə təxirə salınması ilə bağlı təklif irəli sürəcəyəm".

Qeyd edək ki, İtaliya A Seriyası martın 11-də dayandırılıb. 26 turdan sonra turnir cədvəlinə 63 xalla "Yuventus" başçılıq edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ