Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Tokio-2020 təxirə salınır

Tokio-2020 təxirə salınırTokio-2020 Yay Olimpiya Oyunları təxirə salınacaq.

Qol.az xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin idarə heyətinin üzvü Dik Pound "USA Today"ə müsahibəsində deyib.

O, Beynəlxalq Olimpiya Komitəsinin bununla bağlı tezliklə rəsmi açıqlama verəcəyini bildirib: "Olimpiadanın təxirə salındığını demək olar. Konkret hansı tarixdə olacağı hələ dəqiqləşməyib. Amma oyunların 24 iyulda başlamayacağını deyə bilərəm".

Qeyd edək ki, Tokio-2020-nin iyulun 24-dən avqustunda 9-dək keçirilməsi nəzərdə tutulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ