Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Buffonun “Yuventus”a qayıdışı rəsmiləşib

Buffonun “Yuventus”a qayıdışı rəsmiləşib

Fransanın PSJ klubu ilə yollarını ayıran italiyalı qapıçı Canluici Buffonun yeni komandası müəyyənləşib.

APA-nın məlumatına görə, 41 yaşlı futbolçu karyerasını yenidən “Yuventus”da davam etdirəcək.

Turin təmsilçisi C. Buffonla gələn ilin 30 iyununadək müqavilə imzalayıb. O, bu müddətdə 1,5 milyon avro qazanacaq.

Qeyd edək ki, İtaliya yığmasının əfsanəsi 2001-2018-ci illərdə “Yuventus”un şərəfini qoruyub. O, bu komanda ilə 9 dəfə A seriyasının qalibi olub, 4 dəfə ölkə kubokunu, 5 dəfə isə İtaliya Superkubokunu qazanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ