Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Tanınmış şadlıq sarayında ölüm

Tanınmış şadlıq sarayında ölüm



Bakıda şadlıq evində keçirilən toy mərasimi zamanı ölüm hadisəsi baş verib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu, M.Hadi küçəsi 152-də yerləşən “Təbrik” şadlıq sarayında qeydə alınıb. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü T.Aslanov saat 21 radələrində şadlıq sarayında keçirilən məclisdə olarkən qəfil özünü pis hiss edib.Dərhal təcili tibbi yardıma müraciət edilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. İlkin müayinə zamanı 38 yaşlı şəxsin ürəktutmadan vəfat etməsi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ