Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Paytaxtda 30 yaşlı gənc çoxsaylı bıçaq xəsarətləri aldı

Paytaxtda 30 yaşlı gənc çoxsaylı bıçaq xəsarətləri aldıBakıda bıçaqlanma hadisəsi baş verib.

millimeclis.info”in məlumatına görə, hadisə Xətai rayonunun Nobel prospektində qeydə alınıb.

Belə ki, 1990-cı il təvəllüdlü Bayramov Röyal Rafiq oğlu mübahisə etdiyi şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çoxsaylı kəsilmiş-deşilmiş bıçaq yaraları diaqnozu qoyulub, dərhal cərrahi əməliyyat icra olunub.

Hazırda R. Bayramovun vəziyyəti ağırdır.

Faktla bağlı polis tərəfindən araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ