ABŞ bu gün Ukraynaya 425 milyon dollar dəyərində yeni hərbi yardım paketinin ayrıldığını elan etməyi planlaşdırır.
millimeclis.info. xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
ABŞ ordusundakı mənbə bildirib ki, göstərilən paketə NASAMS hava hücumundan müdafiə sistemləri və HIMARS sistemləri üçün sursatlar, artilleriya mərmiləri və ATACMS raketləri daxil olacaq.