Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Azərbaycan kartof idxalından imtina etməyi planlaşdırır

Azərbaycan kartof idxalından imtina etməyi planlaşdırır














Azərbaycan kartof idxalından tamamilə imtina etməyi planlaşdırır.

Bunu Trend-ə Meyvə-Tərəvəz İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Bəşir Quliyev deyib.

O qeyd edib ki, 2018-ci ilin sentyabr-oktyabr aylarında kartof idxalına gömrük rüsumu dərəcəsi artırılıb və bunun hesabına yerli istehsalçılar öz məhsulunu sata bilib:

“Bu gün bu sahəyə böyük maraq var və investisiyalar qoyulur. Lazımi şərait yaradılır, məhsulun saxlanması üçün anbarlar tikilir”.

Assosiasiya rəhbərinin sözlərinə görə, hazırda kartof əsasən Rusiya, Belarus, İran və Türkiyədən idxal, Rusiyaya isə ixrac olunur.

Daha sonra pomidorlardan danışan B.Quliyev bildirib ki, Azərbaycanda istehsal olunan pomidorlar əsasən Rusiyaya ixrac olunur.

O əlavə edib ki, Rusiya son illərdə pomidor istehsalını artırdığı üçün Azərbaycandan Rusiyaya pomidor tədarükü gələcəkdə azala bilər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ