Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Yaponiyanın baş naziri sentyabrda hökumətdə dəyişiklik etməyi planlaşdırır

Yaponiyanın baş naziri sentyabrda hökumətdə dəyişiklik etməyi planlaşdırır




Yaponiyanın baş naziri Fumio Kişida sentyabrın birinci yarısında hökumətdə və hakim Liberal Demokrat Partiyasının (LDP) rəhbərliyində dəyişiklik etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə “Yomiuri” qəzeti hökumətdəki mənbələrə istinadən məlumat yayıb.

İlkin məlumata əsasən, dəyişikliklər sentyabrın 11-dən 13-dək baş tutacaq.

Əsas nazirlər, eləcə də Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno öz vəzifələrini qoruyacaqlar.

Yaponiya hakimiyyəti şəxsiyyət vəsiqəsi və tibbi sığorta funksiyalarının eyni plastik kartda birləşdirilməsi prosesində bir çox problemlərlə, o cümlədən şəxsi məlumatların sızması ilə üzləşib. Bu, yerli əhali arasında son dərəcə narazılığa səbəb olub və Fumio Kişidanın rəhbərlik etdiyi hökumətin etimad reytinqini aşağı salıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ