Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Bayden Yaponiyanın Baş naziri ilə görüşəcək

Bayden Yaponiyanın Baş naziri ilə görüşəcək





ABŞ Prezidenti Cozef Bayden cümə axşamı Yaponiyada ölkənin Baş naziri Fumio Kisida ilə görüşəcək.
Bu barədə məlumat Ağ Evin mətbuat xidmətinin yaydığı qrafikdə əksini tapıb. Xatırladaq ki, mayın 19-dan 21-dək Yaponiyanın Xirosima şəhərində G7 qrupunun sammiti keçiriləcək.
Bayden jurnalistlərə ABŞ-ın defolt təhlükəsi və borc limitinin artırılması ilə bağlı qanunvericilərlə məsləhətləşmənin zəruriliyinə baxmayaraq, G7 sammitinə getmək niyyətində olduğunu bildirib. ABŞ Prezidenti qanunvericilərlə danışıqların uğurlu olacağına əminliyini ifadə edib: “Mən həqiqətən düşünürəm ki, həm onların, həm də bizim tərəfimizdə razılıq əldə etmək istəyi var. Zənnimcə, biz bunu edə bilərik”. Onun sözlərinə görə, məsləhətləşmələrin növbəti raundu yəqin ki, mayın 16-da olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ