İsrail ordusunun hücumu zamanı Qəzza şəhərinin kənarındakı Cəbəliyə qaçqın düşərgəsində üçü əcnəbi vətəndaş olmaqla 7 girovun həlak olduğu açıqlanıb.
millimeclis.info xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.HƏMAS rəsmiləri bildiriblər ki, hadisə zamanı 50-dən çox adam ölüb, daha 150 nəfər isə yaralanıb.
CNN-in məlumatına görə, Cəbəliyə qaçqın düşərgəsinə endirilən aviazərbələr nəticəsində azı 80 nəfər həlak olub. Bununla belə, ölənlərin dəqiq sayının bilinmədiyi qeyd olunub.