Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Rumıniya üç vətəndaşının Həmas-ın girov saxladığını təsdiqlədi

Rumıniya üç vətəndaşının Həmas-ın girov saxladığını təsdiqlədi
Qəzza zolağında saxlanılan girovlar arasında üç Rumıniya vətəndaşının olduğu açıqlanıb.
millimeclis.info xəbər verir ki, bunu Rumıniya Xarici İşlər Nazirliyi ötən gün yayılmış məlumatı təsdiqləyərkən deyib.
Bildirilib ki, bu barədə Rumıniyanın Təl-Əvivdəki səfirliyi ilə əlaqə saxlanılıb:
"Hər üç girovun Rumıniya-İsrail vətəndaşlığı var. Onların girovluqdan azad olunması üçün əlimizdən gələni etməliyik".
Qeyd edək ki, oktyabrın 7-dən sonra HƏMAS-İsrail qarşıdurmasında ən azı beş Rumıniya vətəndaşı həlak olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ