HƏMAS qruplaşmasının hücumu nəticəsində İsrail ərazisində həlak olan hərbçilərin sayı 315-ə çatıb.
millimeclis.info xəbər verir ki, bunu İsrail Müdafiə ordusunun sözçüsü kontr-admiral Daniel Haqari bildirib.
Onun sözlərinə görə, hazırda 238 israilli girov saxlanılır.
Xatırladaq ki, oktyabrın 7-si İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Qəzza zolağına nəzarət edən HƏMAS hərəkatı İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başladığını bildirib. Bunun ardınca İsrail ordusu Qəzza zolağında “Dəmir qılınclar” adını verdiyi hərbi əməliyyata başlayıb.