Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Asif Əliyevin "Ağcabədidən Bakıya uzanan kef yolu"

Asif Əliyevin "Ağcabədidən Bakıya uzanan kef yolu"





Asif Əliyevin "Ağcabədidən Bakıya uzanan kef yolu"



Laçın rayonu 1992- ci ildə düşmənlər tərəfindən işğal olandan sonra rayonun bütün idarə və müəssisələri müvəqqəti olaraq Ağcabədi rayonunda məskunlaşıb. Belə idarədən biri də Laçın rayonu Mədəniyyət İdarəsidir. İdarə fəaliyyətini Ağcabədi rayonu Taxtakörpü ərazisində ayrılmış ərazidə davam etdirir. Gəl görkü mədəniyyət adı ilə burada hər cür oyundan çıxılır. Sadəcə idarənin adında "mədəniyyət" sözü var. Beləki idarəyə rəhbərlik edən Əliyev Asif Camal oğlu 1958- ci ildə Laçın rayonunun Alxaslı kəndində anadan olub. 1989-1993- cü illərdə Laçın qəzetinin redaksiyasında ədəbi işçi və şöbə müdiri vəzifəsində işləyib. Daha sonra Laçın Rayonu İcra Hakimiyyətinin ərazi idarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi işləmişdir. 2014- cü ildə Laçın Gənclər və İdman İdarəsində baş məsləhətçi kimi işləyib. Bir sözlə bütün idarələrdə özünə vəzifə tapıb işləyən Asif Əliyev artıq sonuncu iş yerin təyin edib. Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsi Laçın rayonu üzrə nümayəndə kimi çalışır. Bir sözlə Mədəniyyət İdarəsinə mədəniyyətdən xəbəri olmayan birisi rəhbərlik edir. İşlədiyi bu müddətdə yalnız öz cibinə xidmət edən Asif Əliyev dövlətin pulunu yalnız ona məxsus olduğunu hesab edərək əməlli-başlı kef çəkir. Hansıkı Mədəniyyət İdarəsində işləməklə Azərbaycan mədəniyyətinə xidmət etmək mədəniyyətimizi təbliğ etmək varkən yalnız öz mənafeyini güdməklə məşğuldur. Heç bir mədəniyyətə insani keyfiyyətə savada və işdən başı çıxmayan birisinin hələ də belə bir vəzifədə çalışmağı təbbi ki, mədəniyyətimizə vurulan böyük zərbədir. Azərbaycan mədəniyyəti Asif Əliyev kimi insanların sayəsində gözdən düşür. Dövlətin mədəniyyət ocaqlarımıza ayırdığı pulları ancaq öz mənafeyi və cibinə sərf etməklə məşğul olan Asif Əliyev yüngül həyat tərziylədə diqqət çəkir. Onun dövlətin ayırdığı pullarla Bakı, Ağcabədi və Taxtakörpü yolunda kef etməsi artıq son həddə çatıb. Acabədi və Bakı yolunu kef məclisləri keçirmək üçün su yolu edən Asif müəllim yəqin ki, bir gün bunlara görə cavab verməli olduğunu da bilir. Dövlətin pulu ilə kef məclislərin təşkil edərək yüngül həyat tərzini ənənə halına çevirən mədəniyyət idarəsinin işçisi yəqin ki, mədəniyyətdən çox şey bilir. İşlədiyi dövr ərzində bəlkədə idarənin yolun belə tanımayan Asif Əliyevin ancaq kef məclislərinin sayı-hesabı yoxdu. Hörmətli mədəniyyət naziri Anar Kərimov və digər adiyyəti orqanlar bizim qələmə aldığımız ictimailəşdirdiyimiz bu məsələni tezliklə həll edəcəklər. Bütün dünya və Avropa ölkələrində Azərbaycan mədəniyyətindən bəhs etdiyi bir vaxtda Asif Əliyev və ona “krişalıq”

edənlər mədəniyyətimizə “kölgə” sala bilməzlər. Ümid varıq ki, tezliklə haqq-ədalət öz yerin tapacaq və Azərbaycan mədəniyyətinə xələl gətirən ziyan vuran insanlar layiq olduqları cəzaya çatacaqlar....

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ