Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

DTX tərəfindən saxlanılan Cəlil Məlikov kimdir? - DOSYE

DTX tərəfindən saxlanılan Cəlil Məlikov kimdir? - DOSYEXəbər verdiyimiz kimi, bu gün Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyinin binasında əməliyyat keçirib.

millimeclis.info xəbər verir ki, əməliyyat nəticəsində saxlanılanlar arasında Bakı şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov da var.

DTX tərəfindən saxlanılan Cəlil Məlikov kimdir?

Məlumat üçün bildirək ki, Cəlil Bəhram oğlu Məlikov 1984-cü ildə Bakı şəhərində anadan olub. 1990-2000-ci illərdə 189 nömrəli məktəbdə təhsil alıb, 2004-cü ildə isə Bakı Dövlət Universitetini “Turizm və sosial mədəni servis xidməti” ixtisası üzrə bitirib.

C.Məlikov 2002-2004-cü illərdə “Space” müstəqil teleradio şirkətində rejissor, 2004-2005-ci illərdə “ABC Construction” şirkətində satış və marketinq üzrə menecer və 2005-2006-cı illərdə “Hyatt Regency Baku” mehmanxanasında müxtəlif vəzifələrdə işləyib.

2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsində məsləhətçi, aparıcı məsləhətçi, böyük məsləhətçi, Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsində sektor müdiri və Nazirliyin Protokol sektorunun müdiri vəzifələrində çalışıb.

2018-ci ilin avqust ayında Mədəniyyət nazirinin köməkçisi vəzifəsinə təyin edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ