Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Laçın 1-saylı uşaq musiqi məktəbində şok olaylar

Laçın 1-saylı uşaq musiqi məktəbində şok olaylar




Laçın rayonu 1-saylı uşaq musiqi məktəbində özbaşınalıq, qanunsuzluqlar baş alıb gedir. Laçın rayonu 1-saylı uşaq musiqi məktəbinin direktoru Gülsüm Məhərrəmova bu məktəbi qanunlarla yox özünün yozduğu qaydalarla idarə edir. Dövlət müəssəsinə özünün şəxsi firması kimi baxır.
Zəng edib Gülsüm xanıma bildirdik ki, Sizin rəhbərlik etdiyiniz -1-saylı Laçın uşaq müsiqi məktəbi ılə bağlı cox ciddi ittihamlar səsləndirilir. Biz ona bildirəndə ki, Sizin məktəbdə ölücanlar yəni adı olub özü olmayanlar var. Hətta onların bəziləri respublikanın hüdüdlarından kənardadırlar. Hətta biz ona bildirəndə ki, hər il qəbul zamanı valideynlərdən 100 və ya 200 manat şirinlik istənilir. Biz Gülsüm xanıma bildirəndə ki Sizin mövqeyinizi, münasibətinizi dərc etməyə hazırıq Gülsüm xanım isə öz növbəsində bizə bir azdan özünün zənğ edəcəyını bıldırdı.
Çox keçmədi ki, bizə tamam fərqlı bir nömrədən zəng gəldı. Zəng edən özünü Gülsüm Məhərrəmovanın həyat yoldaşı kimi təqdim etdi. O bizdən israrla bu məlumatları verənin kimliyi ilə maraqlanırdı. Hətta bizi də, mənbənidə təhdid edərək hədə qorxu gəlirdi. Biz ona bir xatırlama etmək istərdik ki bizim jurnalist araşdırması aparmağa hüququmuz var və nədən razı deyirlərsə mövqelərini dərc etməyə hazırıq. Əldə etdiyimiz məlumatlara görə bu işi edilmiş şikayətlə əlaqədar nazirlik özü araşdırır.
Son olaraq bizə niyə Gülsüm Məhərrəmova yox həyat yoldaşı zəng edib kimdənsə hədə qorxu gələrək xəbər göndərir.
Xatırladaq ki, Laçın rayonu 1-saylı uşaq musiqi məktəbində özbaşınalıqları və qanunsuzluqları araşdırmaq istəyən mediya nemayəndələrinin başına 2020 ci ilin Avqust ayının sonlarında eyni ilə bu hadisə təkrar edilmişdir. Oxşuyur ki, Laçın rayonu 1-saylı uşaq musiqi məktəbinin direktoru Gülsüm Məhərrəmova medya nümayəndələri ilə həyat yoldaşının vasitəsi ilə hədələməyə adət edib.
Biz bu mövzunu daim diqqət mərkəzində saxlayacayıq və jurnalist araşdırmamızı davam etdirəcəyik.
Qarşı tərəfində mövqeyini öyrənməyə və dərc etməyə hazırıq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ