Göygöl rayonunda bıçaqlanma hadisəsi olub.
"millimeclis.info"in Qərb Mərkəzinin məlumatına görə, hadisə Aşıqlı kəndində qeydə alınıb.
1983-cü il təvəllüdlü Taleh İsmayılov mübahisə zəminində bıçaqlanıb. O, xəstəxanaya yerləşdirilib. İki bıçaq xəsarəti alan yaralının vəziyyətinin kafi olduğu bildirilir.
Hadisəni törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Elnur Qurbanzadə polis tərəfindən saxlanılıb. Tərəflər arasında münaqişənin borc üstündə yarandığı bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.