Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Göygöldə qohumlar arasında dava oldu, xəsarət alanlar var

Göygöldə qohumlar arasında dava oldu, xəsarət alanlar varGöygöl şəhərində qohumlar arasında düşən dava 2 nəfərin xəsarət alması ilə nəticələnib.

millimeclis.info-in Qərb Mərkəzinin məlumatına görə, hadisə Göygöl şəhər Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb.

Yaxın qohumlar arasında hələ ki, məlum olmayan səbəbdən dava olub. Nəticədə 2 nəfər - Şirin Mamayeva və Ələsgər Əliyev müxtəlif bədən xəsarətləri alıb. Onların hər ikisinin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, qohumlar arasında əvvəllər də münaqişə baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ