Bakıda bıçaqlanma hadisəsi baş verib.
"millimeclis.info"in məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.
Türkan qəsəbəsində 1967-ci il təvəllüdlü Quliyev Sərdar İsmayıl oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qabırğa altının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.