Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Cəlilabadda bu təhsil ocağı BAZARDIR - İTTİHAM

Cəlilabadda bu təhsil ocağı BAZARDIR - İTTİHAM






"Hörmətli redaksiya. Sizə bir qrup musiqi məktəbinin müəllimi adından yazaraq bildiririk ki, Cəlilabad şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Azər Əhədzadə heç kəsdən qorxmayaraq müxtəlif korrupsiya əməlləri həyata keçirir". DİA.AZ bildirir ki, bu barədə redaksiyamıza daxil olan müraciətdə qeyd olunur.
Cəlilabadda bu təhsil ocağı BAZARDIR - İTTİHAM
Müraciət müəllifləri daha sonra ittihamlarını belə davam etdirirlər: "Azər Əhədzadə musiqi məktəbimizə direktor təyin olunandan sonra Masallı şəhər Onbirillik İncəsənət Məktəbində etdiyi qaranlıq əməllərini burda da rahat şəkildə həyata keçirməkdə davam edir.

Belə ki, Azər Əhədzadənin təklifi ilə musiqi məktəbimizdə 15-ə yaxın müəllimin dərs saatı 4-7 saat artırılıb və onlara verilən maaş direktora çatır. Hər ay Azər Əhədzadə artırılmış dərs saatlarından ümimilikdə 2 min manatdan çox vəsait mənimsəyir. Bildiririk ki, 1 saat dərs saat 35 manat hesablanır".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ