Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi 25 ünvanında yerləşən yeni tikilidən mənzil alan sakinlər aldadıldıqlarını bildiriblər.
millimeclis.info/ xəbər verir ki, məsələ ilə bağlı sakinlər "BAku TV"yə danışıblar. Onlar iddia ediblər ki, bir bloklu 7 mərtəbəli binanın hər bir mənzili bir neçə şəxsə satılıb:
"2022-ci ildə bu binadan mənzil aldım. Binanın avqust-sentyabr aylarında tam olaraq təhvil veriləcəyi vəd olundu. Yanvar ayında evimi təmir etməyə gəldim, dedilər bura başqa adama məxsusdur", – şikayətçi deyib.
Ətraflı "Baku Tv"nin süjetində: