Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Rasim Həsənov Sakinləri Cana Doyurub:Etiraz Yürüşləri QAÇILMAZDIR – VİDEO

Rasim Həsənov Sakinləri Cana Doyurub:Etiraz Yürüşləri QAÇILMAZDIR – VİDEO





Xırdalan şəhəri, “Rahat” MTK və “Kənan-Turan” MTK-nın sakinləri iş adamı, hər iki MTK-nın təsisçisi Rasim Həsənovdan şikayətçi olduqlarını bildiriblər.

xeberfakt.az xəbər verir ki, AzTimes.az-a danışan sakinlər illərdir yaşadıqları mənzilləri üçün çıxarış ala bilmədiklərini deyiblər. Onların sözlərinə görə, binanın 3 ilə hazır olub, çıxarış veriləcəyini deyən Rasim Həsənov illərdir binanı təhvil verə bilməyib. Sakinlər binada iki yük liftinin quraşdırılmadığını da bildiriblər. Onlar binanın 86 min AZN-ə yaxın işıqpulu borcunun yığıldığını iddia edirlər . Dəfələrlə edilən müraciətlərə məhəl qoymayan Rasim Həsənovun əlindən cana doyan sakinlər , səslərinə səs verən olmayacağı halda etiraz olaraq yürüş edəcəklərini bildiriblər:

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ