Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

ABŞ-dakı aksiyalara Yeni Zelandiyadan dəstək gəldi - VİDEO

ABŞ-dakı aksiyalara Yeni Zelandiyadan dəstək gəldi - VİDEO
ABŞ-da afroamerikalı Corc Floydun polislər tərəfindən öldürülməsi Yeni Zelandiyada da etirazlarla qarşılanıb.

“Radio New Zealand” xəbər verir ki, etiraz aksiyası Yeni Zelandiyanın Oklend şəhərində keçirilib.

Nümayişdə iştirak edən sakinlər şəhərin mərkəzi küçələrindən ABŞ-ın Oklenddəki baş konsulluğunun binasına doğru yürüş təşkil ediblər.

Yürüş iştirakçıları ABŞ-da Corc Floydun öldürülməsinə etiraz edən insanlarla həmrəy olduqlarını bildiriblər, qaradərili icmaların davamlı təqibə məruz qalmasını pisləyiblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ