Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

«Standard Insurance»ın müflisliyi ilə bağlı - MƏHKƏMƏ TƏXİRƏ SALINIB

«Standard Insurance»ın müflisliyi ilə bağlı - MƏHKƏMƏ TƏXİRƏ SALINIB
«Standard Insurance» Sığorta Şirkəti ASC-nin müflis elan olunması ilə bağlı məhkəmə baxışı təxirə salınıb.

FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin 19.05.2020-ci il tarixli 24 nömrəli qərarı ilə Bakı şəh., Nəsimi ray., Şəmsi Bədəlbəyli, 94 ünvanında yerləşən ASC "Standard Insurance” Sığorta Şirkətinin sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziyası ləğv edilib və AMB tərəfindən sığortaçı barəsində iflas prosedurunun başlanılmasına dair ərizə ilə məhkəməyə müraciət edilib.
Müflisləşmə ilə bağlı məhkəmənin 23 iyun 2020-ci il tarixdə keçirilməsi nəzərdə tutulsa da, xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə əlaqədar olaraq təxirə salınıb. Məhkəmə baxışı 6 iyul 2020-ci il tarixdə saat 12:30-da Bakıxanov qəsəbəsi, Oskar Əfəndiyev küçəsində yerləşən Bakı Kommersiya Məhkəməsində keçiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ