Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Gürcüstanın xarici ticarət dövriyyəsi azalıb

Gürcüstanın xarici ticarət dövriyyəsi azalıbBu ilin birinci rübündə Gürcüstanın xarici ticarət dövriyyəsinin həcmi 2 milyard 773,9 milyon ABŞ dollarına bərabər olub.

millimeclis.info”in yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

İllik müqayisədə bu həcm 2,7% azalıb.

Bu ilin yanvar-mart aylarında Gürcüstanın ixracı illik müqayisədə 5,9% azalaraq 778,2 milyon ABŞ dolları, idxalı isə 1,4% azalaraq 1 milyard 995,8 milyon dollar təşkil edib.

Hesabat dövründə qonşu ölkənin ticarət kəsiri 1 milyard 217,6 milyon ABŞ dolları olub ki, bunun da ümumi ticarət dövriyyəsindəki payı 43,9%-ə bərabər olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ