Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

AZAL ilə Gürcüstana daşınan sərnişinlərin sayı azalıb

AZAL ilə Gürcüstana daşınan sərnişinlərin sayı azalıb

Bu ilin yanvar-mart aylarında “Azərbaycan Hava Yolları” QSC (AZAL) Gürcüstana 19 096 sərnişin daşıyıb.

millimeclis.info”in yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Mülki Aviasiya Agentliyindən bildirilib.

İllik müqayisədə sərnişinlərin sayı 169 nəfər və ya 0,8% azalıb.

Hesabat dövründə AZAL-ın qonşu ölkənin aviasiya bazarındakı payı 3% təşkil edib.

Bu ilin birinci rübündə xarici aviaşirkətlər Gürcüstana, ümumilikdə, 654 498 sərnişin daşınması yerinə yetirib.

Qonşu ölkəyə daşınan sərnişinlərin sayına görə ilk üçlüyə “Wizz Air” (170 759 nəfər), “Türk Hava Yolları” (86 562 nəfər) və “Belavia” şirkəti (39 858 nəfər) daxil olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ