Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Lyakazett "Atletiko"ya keçə bilər

Lyakazett "Atletiko"ya keçə bilər“Arsenal”ın futbolçusu Aleksandr Lyakazett karyerasını İspaniyada davam etdirə bilər.

Qol.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı hücumçu “Atletiko”nun hədəfindədir.

Madrid klubunun, Lyakazetti komandadan ayrılması gözlənilən Dieqo Kostanın əvəzləyicisi kimi gördüyü bildirilir. Kostanın “Atletiko”dan ayrılacağı təqdirdə klubun fransalı futbolçu üçün hərəkətə keçəcəyi qeyd olunub.

“Arsenal”ın da Lyakazetti satmağı düşündüyü bildirilir.

Qeyd edək ki, 2017-ci ildən “Arsenal”da çıxış edən Lyakazettin klubla müqaviləsi 2022-ci ilin iyununadək nəzərdə tutulub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ