Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Fernando Torres futbolçu karyerasını başa vurdu

Fernando Torres futbolçu karyerasını başa vurdu


İspaniyalı məşhur futbolçu Fernando Torres karyerasını başa vurub. Bu barədə o, özü sosial şəbəkə hesabında paylaşım edib:

“18 illik karyeradan sonra futbolçu həyatımla vidalaşıram”.

Qeyd edək ki, Fernando Torres karyerası ərzində “Atletiko”, “Liverpul”, “Çelsi” kimi klublarda çıxış edib. Son komandası isə Yaponiya klubu “Şaqan Tosu” olub.

İspan hücumçu “Çelsi” ilə Çempionlar Liqası, Avropa Liqası və İngiltərə Kubokunu, “Atletiko” ilə Avropa Liqasını qazanan Fernando Torres İspaniya millisinin heyətində 1 dəfə dünya (2010), 2 dəfə isə (2008, 2012) Avropa çempionu olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ