Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Bakıda iyulun 3-dək heç bir beynəlxalq yarış keçirilməyəcək

Bakıda iyulun 3-dək heç bir beynəlxalq yarış keçirilməyəcək22 iyun – 3 iyul tarixlərində Bakıda keçirilməsi planlaşdırılan stend və güllə atıcılığı üzrə Dünya Kuboku ləğv olunub.

millimeclis.info xəbər verir ki, Beynəlxalq Atıcılıq İdmanı Federasiyası COVID-19 pandemiyası ilə əlaqədar olaraq üç Dünya Kuboku yarışını ləğv edib.

Bakıdan başqa, stend və güllə atıcılığı üzrə Hindistanın Yeni Dehli şəhərində 5-13 may və 20-29 may tarixlərində keçirilməsi nəzərdə tutulan Dünya Kuboku yarışlarının da ləğv edilməsinə qərar verilib.

Bu isə o deməkdir ki, ən azı iyulun 3-dək Azərbaycanda heç bir beynəlxalq yarış baş tutmayacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ