Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Tələbələrin 13 dünya çempionatı ləğv olundu

Tələbələrin 13 dünya çempionatı ləğv olunduBeynəlxalq Universitet İdmanları Federasiyası (FISU) avqusta kimi nəzərdə tutulan bütün yarışları ləğv edib.

millimeclis.info xəbər verir ki, həmin federasiyanın İcraiyyə Komitəsi və 2020-ci ildə keçiriləcək tələbə idmançılar arasında dünya çempionatlarının təşkilat komitələri bu barədə qərar çıxarıb.

Qərara əsasən, iyun, iyul və avqust aylarında Macarıstan, Niderland, Polşa, Tayvan, İspaniya, Slovakiya, İtaliya, Çin, Rusiya və Qazaxıstanda keçirilməli olan müxtəlif idman növləri üzrə 13 dünya çempionatı ləğv edilib. FISU-nun baş katibi Erik Seyntrond bu barədə yerli federasiyaları məlumatlandırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ