Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Hasan Şaş və Ümid Davala da koronavirusa yoluxdular

Hasan Şaş və Ümid Davala da koronavirusa yoluxdular“Qalatasaray” futbol klubunda daha üç nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.

“Haber Global”ın məlumatına görə, komandanın iki məşqçisi və bir oyunçusunda koronavirusa yoluxma təsdiqlənib. Onlar Ümid Davala, Hasan Şaş və hələlik adı açıqlanmayan bir futbolçudur.

Məlumatda hər üçünün artıq karantinə alındığı deyilir.

Xatırladaq ki, bundan öncə “Qalatasaray”ın vitse-prezidenti Abdurrahim Albayrakda və baş məşqçi Fatih Terimdə koronavirus aşkarlanmışdı.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ