Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Braziliya futbol klubunun prezidenti koronavirusa yoluxdu

Braziliya futbol klubunun prezidenti koronavirusa yoluxduBraziliyanın “İnternasional” klubunun prezidenti Marselo Medeyrosda koronavirus müəyyən edilib.

Bu barədə Medeyros özünün “Twitter” hesabında məlumat verib.

“Dostlar, testin nəticəsini aldım və o, məndə COVID-19-un olduğunu təsdiq edir. Səhiyyə müəssisələri tərəfindən göstərilmiş qaydalara əsasən, növbəti iki həftə ərzində təcridetmədə olacağam. Ailəm, dostlarım və klubun digər üzvləri artıq profilaktik tədbirlər görüb. Son bir neçə gündə aldığım yüzlərlə məktuba görə təşəkkür edirəm. Gəlin problemi sakit və birlikdə həll edək”, - deyə Medeyros yazıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ