Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
millimeclis.info-in məlumatına görə, hadisə “Azneft” meydanı dairəsi yaxınlığında qeydə alınıb.
İki avtomobilin toqquşması zamanı 1969-cu il təvəllüdlü Novruzova Kəmalə Arif qızı xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.