Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

ABŞ-ın İraqdakı Səfirliyinin yaxınlığına raket atılıb

ABŞ-ın İraqdakı Səfirliyinin yaxınlığına raket atılıbİraqın paytaxtı Bağdadın mərkəzinə, ABŞ səfirliyinin yerləşdiyi "yaşıl zona"ya raket düşüb.

millimeclis.info” xəbər verir ki, bu barədə RİA “Novosti” agentliyi İraqın təhlükəsizlik orqanlarındakı mənbə bildirib.

"Bu yaxınlarda “ yaşıl zona”nın Amerika səfirliyinə yaxın hissəsində raketin düşməsi nəticəsində partlayış baş verdi. "Yaşıl zonada" sirenalar işə salındı”, - müsahib agentliyə deyib.

Hadisə zamanı ölənlər və ya maddi ziyan barədə bildirilmir.

İraqın təhlükəsizlik orqanları “Twitter”də qeyd edib ki, raket "yaşıl zona”dan şərqdəki “Xalq” stadionu yaxınlığında buraxılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ