Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Türkiyədə və İraqın şimalında PKK-ya ağır zərbə vurulub

Türkiyədə və İraqın şimalında PKK-ya ağır zərbə vurulub
Türkiyə təhlükəsizlik qüvvələrinin Tunceli vilayətinin Ovacık bölgəsində mayın 31-dən davam etdirdiyi antiterror əməliyyatları nəticəsində zərərsizləşdirilən terrorçuların sayı 6-ya çatıb.

millimeclis.info xəbər verir ki, bu məlumatı Türkiyənin Daxili İşlər Nazirliyi yayıb. Bildirilir ki, aviasiyanın dəstəyi ilə keçirilən əməliyyatda məhv edilən terrorçular silahlı olublar.

Milli Müdafiə Nazirliyinin məlumatında isə deyilir ki, İraqın şimalındakı Avaşin bölgəsində 4 PKK terrorçusu məhv edilib.

Suriyanın Tel Abyad bölgəsində isə bomba yüklü motosikletlə mülki insanları hədəfə almağı planlaşdıran PKK/YPG terror təşkilatının üzvü yaralı olaraq Türkiyə hərbçiləri tərəfindən yaxalanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ