Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Yeniyetmə qıza görə təyyarənin bütün sərnişinləri karantinə yerləşdirildi

Yeniyetmə qıza görə təyyarənin bütün sərnişinləri karantinə yerləşdirildiCOVID-19 virusuna yoluxduğu aşkar edilən yeniyetmə qız təyyarə ilə Nijnevartovsk şəhərinə gəlib. Bildirilib ki, qız xəstəliyini gizlədib.

REN TV xəbər verir ki, bu barədə koronavirusla mübarizə üzrə regional əməliyyat qərargahından məlumat verilib.

Hadisəni Nijnevartovsk şəhərinin başçısı Vasili Tixonov da təsdiqləyib. O qeyd edib ki, polis baş verənlərin hüquqi tərəflərini araşdırır.

Hazırda yeniyetmə qızın uçduğu təyyarənin bütün sərnişinləri 14 günlük karantin rejiminə yerləşdirilib. Onların hamısı həkim nəzarəti altındadır.

Qeyd edək ki, Rusiyada 134 687 şəxsin COVID-19-a yoluxduğu aşkar edilib. 1 280 xəstə virusun qurbanı olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ