Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Qırğızıstanda koronavirusa yoluxanların sayı artdı

Qırğızıstanda koronavirusa yoluxanların sayı artdı Qırğızıstanda koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 150-ə çatır.

“millimeclis.info”nun məlumatına görə, bu barədə RİA “Novosti”yə respublikanın COVID-19-la mübarizə üzrə qərargahından xəbər verilib.

"5 aprel 2020-ci ildə respublika üzrə COVID-19-a yoluxma ilə bağlı 3 yeni hal təsdiq edilib", - deyə qərargahın nümayəndəsi bildirib.

Onun sözlərinə görə, yeni yoluxma hallarının hamısı Bişkekdə aşkarlanıb.

Beləliklə, hazırda Qırğızıstanda koronavirusa 147 yoluxma qeydə alınıb. Xəstələrdən beşi ağır vəziyyətdədir.

Qeyd edək ki, ölkədə bir nəfər infeksiyanın qurbanı olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ