Biləsuvarda 10 yaşlı oğlanın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
millimeclis.info/ xəbər verir ki, hadisə rayonun Qaragüvəndikli kəndində qeydə alınıbelə ki, kənd sakini, 2013-cü il təvəllüdlü Xankişiyev Vasif Rasim oğlu ehtiyatsızlıqdan su kanalına düşüb. Suda boğularaq ölən azyaşlının meyitini tapmaq mümkün olmayıb.
Hazırda axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı araşdırma aparılır.