Kürdəmir rayonunda döyülmə hadisəsi baş verib.
millimeclis.info xəbər verir ki, hadisə rayonun Garisəyribənd kəndində qeydə alınıb.
Belə ki, 1967-ci il təvəllüdlü kənd sakini Süleymanov Arif Əmir oğlu aralarında yaranan mübahisə zəmnində həmkəndlisinin hücumuna məruz qalıb.
Nəticədə, Arif Süleymanov müxtəlif növ bədən xəsarətləri alıb. O, ətrafdakıların köməyi ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb.
Qeyd edək ki, mübahisə suvarma suyu üstündə olub.
Faktla bağlı araşdırma aparılır.