Kürdəmir rayonunda intihar hadisəsi baş verib.
“millimeclis.info”in Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü Abdullayev Murtuzəli Ağadadaş oğlu yaşadığı evdə özünü asaraq intihar edib.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib.
Qeyd edək ki, mərhumun ruhi xəstə olduğu bildirilir.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.