Amerikalı məşhur repçi Kardi B koronavirusla mübarizəyə qoşulub.
Axşam.az xəbər verir ki, 27 yaşlı ifaçı İnstaqram hesabındaa video paylaşaraq növbəti 42 gün ərzində ehtiyacı olan pərəstişkarlarının hər birinə 1000 dollar bağışlayacağənı vəd edib:
"Bir çoxunuza ailənizi təmin etmək və digər zəruri xərclərizi ödəmək çətin olub. Ona görə də, biz böhranın çətinlikləri ilə üzləşənlərə min dollar verəcəyik. Pulu almaq üçün isə həqiqətən nəyə ehtiyacınızın olduğunu və İnstaqram səhifənizi açıq olaraq göstərməlisiniz. Sevgilinizə pul göndərmək üçün məni aldatmağa çalışmayın”.
Qeyd edək ki, Kardi B-nin İntsaqramda 62,5 milyon izləyicisi var.