Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Şəmkirdə silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

 Şəmkirdə silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb




Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Millmeclis.info-a verilən məlumata görə, Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Xəyal Aslanov saxlanılıb. Üzərindən narkotik vasitə olan “heroin” aşkar edilən saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onun 2021 və 2022-ci illərin müxtəlif vaxtlarında rayon razisindəki ümumilikdə 4 mağazaya qeyri-qanuni yolla daxil olaraq oradan müxtəlif məbləğlərdə nağd pul, danışıq kartları və tütün məmulatları oğrulması müəyyən edilib.

Saxlanılan şəxs istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.
 Şəmkirdə silsilə oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ