Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Bakıda gənc gözəllik salonlarını soyduh

Bakıda gənc gözəllik salonlarını soyduhBakıda gözəllik salonlarından oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

millimeclis.info xəbər verir ki, mayın 5-dən 6-na keçən gecə Xətai rayonu, F.Bayramov küçəsində yerləşən gözəllik salonun qapısının sındırılması və 240 manat pulun oğurlanması ilə bağlı Rayon Polis İdarəsinə məlumat daxil olub.

Məlumat əsasında Xətai RPİ-nin Cinayət-Axtarış Şöbəsi və 37-ci Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sözügedən ünvandan oğurluq etməkdə şübhəli bilinən Yardımlı rayon sakini, 2002-ci il təvəllüdlü R.Dadaşzadə müəyyən olunaraq saxlanılıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, şübhəli şəxs qismində saxlanılan R.Dadaşzadə həmin tarixdə Bakı şəhər sakini A.Sultanovaya məxsus, F.Bayramov küçəsində yerləşən digər gözəllik salonundan da 490 manat məbləğində pul oğurlayıb.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ