Almaniya Bundesliqasında 30-cu turun oyunları keçirilir.
Qol.az xəbər verir ki, bu gün “Verder” “Volfsburq”u qəbul edib. Görüş qonaqların qələbəsi ilə başa çatıb – 1:0. Yeganə qolu 82-ci dəqiqədə Vaut Veqorst vurub.
Hazırda "Volfsburq" 45 xalla 6-cı, "Verder" 25 xalla 17-ci pillədə qərarlaşıb.