Bakı 28°C
USD - 1.7000
EUR - 2.0141
RUB - 0.0226

Bəhramla Tahir Nazpərini ələ saldı - Video

Bəhramla Tahir Nazpərini ələ saldı - Video


Əməkdar artistlər Bəhram Bağırzadə və Tahir İmanov Xalq artisti Nazpəri Dostəliyevanın “metro, avtobus sənət adamları üçün deyil” sözlərini ələ salıblar. Hər iki aktyor qısa video çəkərək məşhur müğənninin fikirlərinə etiraz edib.

Görüntülər “İçərişəhər” metrostansiyasında lentə alınıb. Bəhram Bağırzadə “sənətkar”, Tahir İmanov isə metro əməkdaşı obrazını canlandırıb. Videodan görünür ki, İmanov Bağırzadəni yeraltı nəqliyyata buraxmır və “metro sənətkar üçün deyil. Avtobusa da minmə” şərhini verir.

Qeyd edək ki, N. Dostəliyeva qalmaqala səbəb olacaq açıqlamanı “Səhər-Səhər” proqramında vermişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ