Buna görə sabiq nazir Əbülfəz Qarayev başını aşağı salmalıdır….
Son 20-25 ildə Azərbaycan mədəniyyəti və musiqisinin inkişafına dövlətimiz milyonlarla vəsait sərf edib.
Bu istiqamətdə Heydər Əliyev Fondunun və şəxsən Birinci Vitse-prezidient Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir.
Amma təəssüf ki, bu gün Mədəniyyət Nazirliyinin bir neçə mühüm vəzifəli şəxsi həbsxana həyatı yaşayır və sabiq nazir Əbülfəz Qarayev isə evində oturub və bir neçə dəfə ölkədən çıxmaq istəsə də deyiblər STOP...
Bəli, Azərbaycan mədəniyyətinin və musiqisinin inkişafına bir başa Mədəniyyət Nazirliyi və konkret olaraq Əbülfəz Qarayev məsuliyyət daşıyırdı.
Ancaq məhkəmə prosesində bəlli oldu ki, musiqi məktəblərinin direktorları hər ay ən azı 5-10 min manat sabiq nazirə pul verirmiş.
Bu pulların mənbəyi nə idi ?
Əlbəttə, dövlətin ayırdığı vəsaiti mənimsəmək, müəllimlərin maaşından hər ay pul tutmaq, ölü canlar, təmir adı altında “otkat” məsələsi və digər mənbələr.
Bütün bunlar ortada olduğu halda Əbülfəz Qarayevi indi heç məhkəməyə də çağıran yoxdur.
Amma Əbülfəz Qarayev utanıb başını aşağı salmalı, xalqın arasına çıxa bilməməlidir.
Niyə..?
Oxuculara təqdim edəcəyimiz bircə şəkilə görə.
Söhbət Şabran Rayon Uşaq Musiqi Məktəbinin binasından gedir.
Bu binaya baxanda adam xəcalət çəkir.
Çox üzr istəyirik, heç at tövləsi də belə olmaz.
XXI əsrdə körpə uşaqları az qala uçmaq təhlükəsi olan binaya doldurub musiqi dərsi keçmək, vallah rəzalətdir.
Bu binada oxuyan uşaqlarda hansı musiqi zövqü ola bilər..?
Əbülfəz Qarayev mədəniyyət və musiqiyə ayrılan milyonları mənimsəyib və hər yerdə villası, mülkləri var.
Musiqi məktəbi isə bu gündə...
Qısa məlumat üçün bildirək ki, şəkildə gördüyünüz, Şabran Rayon Uşaq Musiqi Məktəbi 1967-ci ildə açılıb.
Bu gün məktəbdə 7 ixtisas - fortepiano, tar, kamança, qarmon, klarnet, nağara və xanəndəlik ixtisasları üzrə siniflər fəaliyyət göstərir. Məktəbdə 350 şagird təhsil alır. Onlarla 105 nəfər müəllim məşğul olur.
Məktəbin direktoru Xamedov Bahadur Şahhüseyn oğludur.
Xamedov Bahadur müəllim deyir ki, musiqi duyğuları zənginləşdirir və zövqü cilalayır.
Adam soruşmaq istəyir k, ay müəllim, ay rəhmətliyin nəvəsi, bu tövləyə oxşayan binada yazıq uşaqlara nə duyğu, nə zövq…
Bir də Bahadur müəllimdən soruşuruq ki, hər ay Əbülfəz Qarayevə nə qədər pul verirdin ?
Məktəbdə neçə “ölü can” var, hər ay hər müəllimdən nə qədər pul tutulur ?
Məktəbdə tar satan, qarmon satan müəllimlər kimlərdir..?
Sonda Mədəniyyət Nazirliyindən tələb edirik ki, bu musiqi məktəbi ilə bağlı təcili qərar qəbul etsinlər.
Bu mövzunu gündəmdə saxlayacağıq.
Bizi izləyin.
Qarşı tərəfin mövqeyni dərc etməyə hazırıq.